از بدان نیک ترس خاقانی
از بدان نیک ترس خاقانیتا دل و دین تو تبه نکنند
با خدا اعتقاد پاکان دارتا پلیدانت خاک ره نکنند
بر تن دین مدار خال سپیدتا خط عمر تو سیه نکنند
مشکن از طعن ناکسان که سگانجز شناعت به روی مه نکنند
بده انصاف خود که دیندارانجز بر انصاف تکیهگه نکنند
به گناهی ز مخلصان مازارکاهل اخلاص خود گنه نکنند
دوستانت خواص به، که عوامیاد مهر تو مه به مه نکنند
ماه نو را چه نقص اگر گبرانماه نو بنگرند و خه نکنند
گر چو جمشید جمع خاصان رااره بر سر برانی اه نکنند
غمز کاره مباش چو خورشیدتات چون سایه وقف چه نکنند
شوخ روئی مکن که پاک دلانگه کنند احتمال و گه نکنند
بیش چون نقره بوی دار مباشتات چون زر اسیر گه نکنند
باش یک دل که هرکه یک دل نیستدرجهاش را ز یک به ده نکنند
از دو دل دم مزن که در یک ملکخطبهٔ شهر بر دو شه نکنند
سر میفراز تا کله دارانسرت بیمغز چون کله نکنند
به غرض دوستی مکن که خواصدرس والتین پی شره نکنند
با مهان آب زیر کاه مباشتات بیآب تر ز که نکنند
پس نشین از صدور کز کشتیجز پسین جای پیشگه نکنند
چون کنی دوستی دلیر درآیکه جبا را سر سپه نکنند
از خسان همت کسان مطلبکه رخ و فیل کار شه نکنند
با سران گوش راست گیر به دستتا به چشم کژت نگه نکنند
Pis adamlardan həmişə eylə, Xaqani, həzər!
Etməsən, pislər səni dinsizliyə vadar edər!
Pak insanlar kimi allaha bağla etiqad,
Əzməsinlər ta səni torpaqtək alirütbələr!
Din vücudunda bir ağ xal olmasın, görmə rəva,
Ta qara xətt çəkməsinlər ömrünə bu əhli-şər!
Dini insafdan ayırma, Çünki, dindarlar hamı,
Dini hifz etsin deyə, insafa, rəhmə söykənər.
İstəsən ixlas əhlindən günah baş verməsin,
İncimə öz dostlarından, bir günah etsə əgər!
Dilxor olma tənəsindən heç zaman nakəslərin,
Rəsmdir, Ay nur saçanda, qibtədən itlər hürər!
Fazil insanlarla dost ol, ta ki, qansınlar səni,
Dost avamdırsa, Günəş olsan, səni bir Ay bilər.
Varmı nöqsanı hilalın ki, yeni Ay görcəyin,
Şadlanar, vəcdə gələr, "bəh-bəh" deyərlər kəbrlər.
Dost nəciblər cərgəsindəndir əgər Cəmşidtək,
Boynuna çəksən mişar, nə inciyər, nə "uf' deyər.
Qəmzəli olma, Günəştək göylərə qaldırma baş,
Gölgətək yoxsa taparsan bir quyu içrə məqər.
Qaşqabaqlı olma, qəlbi pak insanlar yəqin,
Dözsələr də gah sənə, gah da olarlar kinəvər.
Bundan artıq olma daxildən gümüştək laybalay,
Yoxsa, zindanda qalarsan butə içrə sanki zər.
Birkönüllü ol cahanda, birkönüllü olmayan,
Xalq gözündə qiyməti birdən ona qalxar məgər?
Birkönüllü olmayandan açma söz, bir ölkədə,
İki sultanın adı ilə oxunmaz xütbələr.
Başını qaldırma, qaldırsan, bu tac sahibləri,
Başını boş bir papağa döndərər, beynin tökər...
Səy qıl, olma böyüklərçin saman altında su,
Sən təmənia ilə dostluq etmə, bunda var xətər.
Başçılardan arxada əyləş çatanda mənzilə,
Kim gəmidə dalda əyləşmiş, qabaqca o düşər.
Dostluq etsən, hər işində qorxmaz ol, mərdanə ol,
Qorxaq olsa ordunun sərkərdəsi, çalmaz zəfər.
Umma, nakəslərdə olsun mərd adamlar hümməti,
Fildə, ya topda olarmı şah görən işdən əsər?
Başçılar hər nə deyərsə, yaxşı dinlə, et əməl,
Salmasınlar ta ki onlar da sənə əyri nəzər!
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qite-162
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi