ای فتی فتوی غدرت ندهمکافت غدر هلاک امم است

غدر نقّابی بنیاد وفاستاینت بنیاد که جان را حرم است

صبح حشر است مزن نقب چنینکافت نقب زن از صبح‌دم است

غدر چون لذت دزدی است نخستکاخرش دست بریدن الم است

ورم غدر کند رویت سرخسرخی عضو دلیل ورم است

تا تو بیمار نفاقی به درستهرچه صحبت شمری هم سقم است

خانه در کوی وفا گیر و بدانکه تو را حبل متین معتصم است

من وصیت به وفا می‌کنمتگرچه امروز وفا در عدم است

دوستی کم کن و چون خواهی کردآن چنان کن که شعار کرم است

هرکه را دوست براند تو مخوانگرنه در چشم وفای تو نم است

وانکه را دوست به انصاف بزدمنوازش که سزای ستم است

وانکه را دوست بیفکند از پایسرفرازش مکن ار شاه جم است

وانکه را دوست به تهمت رد کردمپذیر ار همه ز اهل حرم است

شاخ کو برکند آن را به ستیزمنشان ار همه شاخ ارم است

و آن گلی کو بنشاند به حسدبرمکن گر همه خار قدم است

هر خسی کو به کسی مردم شدقدر نشناسد کافر نعم است

گل که عیسیش طرازد مرغ استنی که ادریس نشاند قلم است

لطف در حق رهی چندان کنکه خداوندش از آن دل خرم است

نه حواری صفت است آنکه از اواسقفان خوش‌دل و عیسی دژم است

کهتری را که تو تمکینش دهیعامه گوید که ز مهتر چه کم است

سگ سگ است ارچه بیاغالندشکاستخوان خوارهٔ شیر اجم است

باد در سبلت نااهل مدمگرچه نااهل خریدار دم است

تو غرورش دهی او چیره شودظن برد کو نه رهی، ابن‌عم است

بیش بر جای خدم ننشیندایمه مخدوم چه جای خدم است

کهتر از فر مهان نامور استبیدق از خدمت شه محتشم است

هر فروتر به بزرگی است عزیزهر پیمبر به خدا محترم است

مهتر ار چه بزند بنوازدکه یکی لا و هزارش نعم است

گه کند تندی و گه بخشش از آنکبحر تند است و گهربخش هم است

مهتر آن به که درشت است نه نرمکه درشتی صفت فحل رم است

خارپشت است کم آزار و درشتمار نرم است و سراپای سم است

از درشتی است سفن قائم تیغکه بر او تکیه‌گه روستم است

آب نرم است ولی خائن طبعساده رنگ است ولی پیچ و خم است

سنگ در عین درشتی است امینلاجرم گاه محک گه حکم است

آب را سنگ است اندر بر از آنکسنگ را بچهٔ خور در شکم است

جملةالامر سری را ز سفیهفرق کن کاین ملک است آن حشم است

غصه مفزای سران را به ستیزخاصه کانفاس سران مغتنم است

بی‌سران را سر و گردن مفرازبرمزن دوش که ما را چه غم است

پس مگو کایمه همه آدمی‌اندآدمی هست که شیطان شیم است

در بزرگی جسدشان منگرکه دل خرد بزرگ از همم است

از خلال ملکان فرق بکنتا عصا کان ز شبان غنم است

نبرد دیده بسی ناز چراغزان که با خواب در او بهم است

دیده قبله ز چراغی چکندتاش محراب ز بدر الظلم است

کاوه را چون فر افریدون یافتچه غم کوره و سندان و دم است

عیسی از معجزه برسازد رنگاو چه محتاج به نیل و بقم است

مه و مشک‌اند مهان کهتر کیستکه نه از مه ضو و نز مشک شم است

این غران خصم سرانند به طبعآری آری عدوی مشک تم است

زیردستان گله بر عکس کنندگله‌شان از پی نفی تهم است

بینی آن زخم گران بر سر کوسلرزه و دل سبکی بر علم است

شکل شاگرد غلامانه مکنگرچه این قاعدهٔ مرتسم است

زانکه شاگرد غلامی نکندعقل کاستاد سرای قدم است

به ادب زی که به شمشیر ادبعرب اقلیم ستان عجم است

حرز جان ساز ادب کاین کلمهبر سر افسر کسری رقم است

نه کبوتر که امان یافت ز تیغبه ادب خاصهٔ بیت الحرم است

ادب صحبت خلق از سر صدقنسخت طاعت رب النسم است

هم نمودار سجود صمد استشمنان را که هوای صنم است

به تنعم جهلا را مستایکه ستودن به علوم و حکم است

یاد کردی به هنر جاه بس استکه ز اسباب همه مدح و ذم است

شمس را خوان بره نیست شرفشرف شمس به واو قسم است

بشنو این نکته که خاقانی گفتکو به میزان سخن یک درم است

از بدان نیک حذر دار که بدکژدم اعمی و مار اصم است

Sənə fitva vermərəm, hiyləyə əl atasan,
Xalqlar üçun ölümdür hiylə bəlası, inan!

Vəfa bünövrəsinə lağım atan hiylədir,
Bu bunövrə canları hər bəladan gizlədir.

Burax lağım atmağı, budur, açılıb səhər,
Lağım atan həmişə işıqdan çəkmiş zərər.

Hiylə oğurluq kimi şirindir əvvəl-əvvəl,
Acılığı duyular sonra - kəsildikdə ol.

Nə qədər ki, doğrudan, nifaq ilə xəstəsən,
Naçaqlıqdır nəsibin, hey sağlamlıq istə sən.

Hiyləgərlik üzündən sənin üzün qızarar,
O üzv ki, qızarır, yəqin ki, onda şiş var.

Vəfa məhəlləsində, çalış, məskən edəsən,
Bil ki, bu möhkəm evdə hər qəmdən asudəsən.

Sənə vəfalı olmaq tövsiyə etdim, amma,
Bu gün vəfadan bir iz, görən, varmı dünyada?
Az dostluq et həyatda, dostluq etsən də əgər,
Güzəşt olsun şüarın, budur dostluqda hünər.
Əgər korluq pərdəsi gəlməmişdir gözünə,
Birini dost qovubsa, yaxın qoyma özünə.
Bir şəxsin ki, öz dostu haqqlı vurub belindən,
Pisliyinin əcridir, tutma onun əlindən!
Dosta xain çıxanı dostu səribsa yerə,
Cəmşid də olsa, qoyma baş qaldırsın göylərə.
Qovubsa bir nəfəri töhmətlə dostu, aman,
Ev adamın da olsa, qoyma girə qapından.
Zorla İrəm bağından bir tingi çıxarsalar,
Əkmə onu bağında, peşmançılıq verər bar!
Paxıllıqdan birisi dürr əkmişsə bağçada,
Qırma, tikan olub o, ayağına batsa da!
Başqasının əliylə yüksələrsə bir alçaq,
Əlbəttə, qədir bilməz, duz-çörəyi danacaq.

Gildən İsa düzəltsə bir quş, quşdur, deməli,
Qələm olar bir qamış, yonarsa İdris əli.

Mərhəmət etsən əgər, o qədər et bir qula,
Səndən qulun sahibi şadlana, razı qala.

Əshabə xasiyyətli deyil, məncə, bir insan,
Keşişlər razı qalsın, İsa incisin ondan.

Sənin hörmət etdiyin, öydüyün bir anlamaz,
Zəni edər ki, heç nədə dahidən geri qalmaz.

İt həmişə it qalar, tumarlasan da əgər,
Aslanın qabağından sümük qapıb gəmirər.

Nanəcibin yalandan qoltuğuna vermə sən,
Zatıqırıq sevir ki, onu tərif edəsən.

Bir məsəl var: nökəri tərifləsən, qudurar,
Sanar, əmin oğludur, qulluğunu unudar.

Xidmətçinin yerində o-bir daha oturmaz,
Elə bilər ağadır, heç bir işə əl vurmaz.

Böyüklər sayəsində düşər kiçiklər yada,
Şaha xidmət üzündən qiymətlidir piyada.

Hər kiçik bir böyüyün xidmətində yüksələr,
Allahın sayəsində möhtərəmdir peyğəmbər.

Böyük səni vursa da, özü yerdən qaldırar,
Bircə "yox" qarşısında dilində min "bəli" var.

Gah qəzəbindən coşar, gah sənə bəxşiş verər,
Dalğalı bir dənizdir, sinəsində incilər.
Böyüklərdə yumşaq yox, sərt olmalı təbiət,
Sıldırım qayaların sifətidir bu sifət.

Sərtliyindən qazanmış qılınc belə etibar,
Rüstəmi-Zal da onun qəbzəsinə dayanar.

Su yumşaq olsa da, xaindir təbiəti,
Rəngi sadə, uçurub dağıtmaqdır adəti.

Daş isə sərtliyilə doğruçudur, əmindir,
Həkəm olsun, ya məhək, o nə desə, yəqindir.

Su bağrına basıbdır daşı əgər şövq ilə,
Daş bətnində uşaq var, Günəşdəndir hamilə;

Xülasə, bir axmağı ağıllıya tutma tay!
Ağıllını baş bilib, səfehləri ayaq say!

Salma qəmə, möhnətə ağıllı insanları,
Qənimətdir xalq üçün, bil, onların canları.

Səfehlərin başını fələklərə ucaltma,
"Bizə nə var" deyərək, ciyinlərini atma!

Adam demə hər yetən avaraya, amandır!
Adam var, təbiəti şeytandan da yamandır.

Böyüklüyü göstərmir uca boy, enli kürək,
Hümmətiylə böyükdür yumruq boyda bir ürək.

Şahların bir diş çöpü incidərsə çinaqdan,
Qiymətlidir çobanın əlindəki çomaqdan.

Yuxu göz qapağını örtmək istərsə əgər,
O göz qarşısındakı çıraqdan nazmı çəkər?

Yumulan göz çırağı necə qiblə tanıyar,
Onun ki, qarşısında qaranlıq mehrabı var.
Kavə Firidun qədər şöhrətə çatan zaman,
Heç yadına düşərmi görük, çəkic və zindan?

Möcüzəsilə İsa rəngi özü sazlayar,
Ona nə nil gərəkdir, nə də ki, başqa aşqar.

Böyüklər oxşar Aya, ətrdə müşkü ənbər,
Kiçiklər nə müşk ətri, nə Ay ziyası verər;

Təbiətcə düşməndir başçılara gədalər,
Bəli, bəli! Rütubət müşkü görüb hədələr.

Əksinədir gileyi kiçiklərin çox zaman,
Hay-küy salır, özünün xeyrini anlamadan.

Təbilin əndamına döşənsə də zərbələr,
Bayraqdır ki, ürəyi əsər, öndə yeriyər.

Bizim zəmanəmizdə belə qayda varsa da,
Şagird gölə gözüylə baxmamalı ustada!

Şagird gölə olmasın deyə, ona gərəkdir,
Ustad bilsin ağlını, ağıl ona köməkdir.

Ədəbli ol, unutma, ədəb qılıncı ilə,
Ərəb Əcəm mülkünü asan keçirmiş ələ.

Canının tilisimi ədəbdir, bax bu sözü

  • Başındakı tacına yazdırmış Kəsra özü.

Göyərçin ki, başını xilas etmiş bıçaqdan,
Kəbə evi damında ədəblə tapmış məkan.

Sədaqətlə, ədəblə xalqa yaxınlıq et sən,
Elə bil ki, tanrlıya yüz ibadət etmisən!

Ehtiyacsız xaliqə səcdə edərmi onlar

  • Bütə pərəstiş edən qəlbiqara şamanlar?

Cahilləri öymə ki, sərvəti var, malı var,
Elmiylə, hikmətiylə öyünməli insanlar.
Hünərindən danışdın, bəsdir bir neçə gəlmə,
Cah-cəlal sahibinin eybini də az bilmə!.
Günəşə şərəf deyil, açsan quzu süfrəsi,
Günəş üçün şərəfdir təkcə bir andın "və"si.
Dinlə bu incə fıkri, Xaqanidən pay apar,
Onun söz mizanının öz xüsusi vəzni var!
Yaxşı qorun pislərdən, demə bu söz yalandır,
Pis adam ya kor əqrəb, ya da ki, kar ilandır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri