Adəmdən xatəmə
Peyğəmbərdən soruşdular: “Ya Rəsulullah,sən nə zaman peyğəmbər oldun?” Peyğəmbər:“Adəm əleyhissəlam hələ ruh və cəsəd arası birvar ikən” buyurdu.(“Hədisi-Şərif”)
Yoğurdu palçığı,verdi nəfəsi,Tanrı möhür vurdu,bəndə yaratdı.Adəm adı verdiilk bəndəsinə,Onu ən işıqlıgündə yaratdı.
Oxşadı hüsnünü,sevdi boyunu,Artırdı nəslini,çaldı toyunu.Verdi çörəyini,verdi suyunu,Qisməti sünbüldə,dəndə yaratdı.
Duydu ləzzətini,daddı tamını,Sevgiylə doldurdueşqin camını.Göylərdən endirdiyer adamını,Onu ən müqəddəsdində yaratdı.
Dünyaya nə qədərpeyğəmbər gəlib,İlki Adəm oldu,sonu MəhəmmədlBütün insanlığınbabası kimiBaşına tac bildionu Məhəmmədl
Nurdan xəlq olundubu İlahi zat,Göylərdən verildiona bu həyat.Cəbrayıl quş kimiçalanda qanad,Tanıdı nəfəsi,ünü Məhəmmədl
Fikrin tarlasınışumladı, əkdi,Əkilən torpağasəpin gərəkdi.Məscidül-ƏqsadanKəbəyə çəkdi,Dəyişdi qibləni,yönü Məhəmmədl
Əqidə yolundayollar yorğunu,Haqqın aşiqiydi,eşqin vurğunu.Cavabsız qoymadısual-sorğunu,İşıqla doldurdudini MəhəmmədlDedi: “Bilmək dilərsənsə,buyur, eşit cavabımı,Bu dünya xəlq olan günümən dünyada dünya idim.
İçim işıq, çölüm işıq,Rəbbim işıq, özüm işıq,Gur işıqlar qucağındabir çalxanan dərya idim.
Günəş məndə doğub-batar,Ay mənə ehtiram eylər,Alnımdakı nur nişandı,aləmlərə ziya idim.
Məni seçən qadir Allahgözəl əxlaq bağışladı,Bəşər üçün ismət idim,abır idim, həya idim.
İlahinin ən mübarəkarzusundan hasil olanVarlıq idim, həyat idim,yuxu idim, röya idim.
Həqiqətlə görür işiHaqqa aşiq olan kişi,Mən Allahın, Yaradanınmülkündə tutiya idim.
Adəm hələ palçıq ikənbu dünyada var olmuşdum,Haqqın “Ümmül-kitab”ındaXatəmül-Ənbiya idim”.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ademden-xateme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
İlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.
به خوبیست هر دل نوازی ایازیولی همچو محمود کو پاک بازی
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Knyaz İlikoyaƏla, ey aftabi-bürci-müştaqi-vəfa knyaz!Əla, ey dürrü-bihəmtayi dəryayi-səxa knyaz!