Zal babamızın ruhuna bağışlayıram

Bir el ağsaqqalı, bir dağlar oğlu,Qarışdı torpağın lal məzarına.Qəribin qürbətdə evi yıxılar,Düşər xal üstündən xal məzarına.

Qız örtər başına qaradan şalı,Oğulun zəhərə çevrilər balı.Sahibsiz köhlənin tökülər nalı,Dönər qapı-baca lal məzarına.

Saça qırov düşər, saqqal çal olar,Bu halı duyanlar əhli-hal olar.Hər çiçək islanmış bir dəsmal olar,Qarabağ ağlayar Zal məzarına.

2007, 20 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran