Yol vermə, gəmiçi
“Yol ver gəmiçi, yol ver,qoy qəfləm keçsin.”“Məsim və Diləfruz”dastanından
Onsuz da baxıram bağlanıb daha,Yol vermə, gəmiçi, yol vermə mənə.Yetişməz sorağım göydə Allaha,Yol vermə, gəmiçi, yol vermə mənə.
Tanrı uzaqdadı, əl yetməz ona,Yoxdu dövlət quşu, çiynimə qona.Nə bağda bülbül var, nə göldə sona,Yol vermə, gəmiçi, yol vermə mənə.
Gəlsə dərd əlindən cana, fəryada,Zəlimxan sirrini heç verməz yada.Onsuz da çox batıb gəmim dəryada,Yol vermə, gəmiçi, yol vermə mənə.
2007, 18 noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yol-verme-gemici
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Şikayətnaməİlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.
Yetgin Qəşəmlə (Qəşəm Məmmədov) deyişmə – IQəşəmHəqiqətdən, mərifətdən, kamaldan
Allah uzaqlarda deyil...Təşbeh arama, təşbehin...Allahın, alın yazında.