Nələr çəkdik dünya sənin əlindən,Sinəmizin düyünü çox, dağı çox.Bəxtimizin ağlığına inanma,Saçımızın qarası az, ağı çox.

Canımızı dərdin odu yandırır,Zodluların gücü, zodu yandırır.Dilimizi dedi-qodu yandırır,Ömrümüzə qənim çoxdu, yağı çox.

Su istədi yananların bağrı, su,Ağrı Vətən, ağrı Torpaq, ağrı Su.Qananların ürəyinin ağrısı,Nadanların ürəyinin yağı çox.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət