Ağrılar
Gör bir canınneçə-neçə ağrısı var,Baş ağrısı,diş ağrısı, döş ağrısı.Hər fəsildə bir cür ağrı,bir cür əzab,Yaz ağrısı, yay ağrısı,qış ağrısı.Ürəkləri gör nə qədərgücə salırDamla-damlagözdən axan yaş ağrısı.Minbir arzu, minbir diləkşikəst edirÖmrün-günün minbirdərdə tuş ağrısı.
2002, 13 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-agrilar-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir