Nə çoxdu Tanrının şah əsərləri,Yazmaqla qurtarmaz, deməklə bitməz.Duymasa gördüyü gözəllikləri,Şairin səsini Allah eşitməz.

Allahın səsini eşidən şair,Dünyanın şəklini gözünə çəkər.Uca Yaradanın yaratdıqları,Nə varsa hər şeyi özünə çəkər.

Əbədi nur kimi alışar-yanar,Doğan bir Günəşdi, boşuna yanmaz.Allah utandırmaz sevən şairi,Allahın yanında şair utanmaz!

Yalta, 2010, 21 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq