Vaşinqton zooparkında nümayiş etdirmək üçünAmerikaya Çindən nəsli kəsilməkdə olan ağ ayılar gətirilib.İlinə bir milyon dollar haqq verilir

Yeri-göyü meşələr, qayalıq, kaha,Qalxır, yumalaşır, atılır, düşür.Qiyməti milyon qat özündən baha,İnsanlar ayıya baxır, gülüşür.

Varlığa nə darlıq, güclüdür ölkə,Onu düşündürmür pul ağırlığı.Onun marağına düz gəlsə, bəlkə,Filə qızıl verər fil ağırlığı.

O elə güclüdür, haranı desə,O yeri qazantək qaynada bilər.Hansı bir ölkəni meyli istəsə,Elə bu ayı tək oynada bilər.

Başında tufanlar, şimşəklər çaxıb,Millət var – qazancı yumruq, təpikdir.Ayının qiyməti, gör, hara qalxıb,İnsan var qiyməti iki qəpikdir.

2001, iyul Vaşinqton

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri