Mələk kimi
Ömrün boyu haqqa tapın, haqqa güvən,Güclü nə var, haqqı sevən ürək kimi.Tükənməzdi ilahinin bərəkəti,Sünbül kimi, zəmi kimi, çörək kimi.
Qayaların duruşunu yadına sal,Qartal kimi zirvələrə qonsun xəyal.Bu quzeyin yaddaşında qar kimi qal,Bu güneyin yaddaşında çiçək kimi.
Ürəyində Allah verən nuru saxla,İçərini bu şeh kimi duru saxla.Odu saxla, közü saxla, qoru saxla,Köçəndə də köç dünyadan mələk kimi.
2001, 10 yanvar Altıağac
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-melek-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qazan altda köz qoydular, ocaq çatdılar,Bu qazanı qaynatdılar daşana qədər.
Doğma yurddan birdəfəlik ayrılandaÜrəyinə bir xal düşür, ləkə düşür,Baxışına bulud enir, kölgə düşür.
Cilli aşıq MüseyibCilli aşıq Müseyib!Sənin sazın dil açıb Cildən oxumaz daha,
O qızın göz yaşlarıXocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar olaraq yas*mərasimi – şəhidləri anma günü keçirilirdi. Hər çıxışda bir*
Başqa şairlərin şeirləri · İlahi eşq
Yenə baş qaldırıb düşmən yuvadan,Dağlarda başlayıb, yenə at-a-at.
Əcəb bilsəm bəni şeyda qılan kimƏcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
Yaradan səniHalal olsun bu qamətə, bu boya,Nə gözəl yaradıb yaradan səni.