Allahlıq
Xəyalımda at oynadır fikirlər,Şər qarışır, gecə düşür, dan atır.Allah dönüb bəndə olmaq istəmir,Bəndə hər gün allahlığa can atır.
Allah enə allahlıqdan aşağı,Gələ biznən çörək yeyə, çay içə.Bəndə qalxa üfüqlərin fövqünə,Su yerinə ulduz içə, Ay içə!
Yox, yox, Allah, qəbul etmə sözümü,Sən zəmisən, bəndə sünbül, bəndə dən.Uçurmamış koma qoymaz dünyada,Allahlığı uzaq eylə bəndədən.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-allahliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günahlar yuyulmaz göz yaşlarıyla
Günahlar yuyulmaz göz yaşlarıyla,Sanma, su günahı yuyub aparır.
Qənimlər, vəhşilərNəyin qənimi yoxdu,görəsən, bu dünyada?
Əlvida demərəm bu dünyaya mənSözlərim mirvari dənələritəkGüllərin boynuna düzüləcəksə,
Səndən dili bilən olmaz“Nur” sözündən nurlanmasan,“Qor” sözündən qorlanmasan,