Zaman
Zamana nə var ki, vaxta nə var ki,İstəsə, tökəcək gözlərimizi.İstəsə, göz üstə qaş düzəldəcək,Bu daşı bir zaman quma döndərib,Bu qumdan bir zaman daş düzəldəcək.
Bir də görəcəksən, dönüb geriyə,Kotan düzəldəcək, xış düzəldəcək.Bir də görəcəksən, çıxıb qabağa,Dəmirdən düşünən baş düzəldəcək.
Huşu yerindədi, huşsuz qalmaz o,Yeyər nəsilləri, dişsiz qalmaz o.İşini biləndi, işsiz qalmaz o,Yox yerdən özünə iş düzəldəcək.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-zaman-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostum, gileylənmə yaddan, yaxından,Əzəldən belədir, hamı bir olmur.
Nəğmə istəyirəm, elə nəğmə kiNəğmə istəyirəm, elə nəğmə ki,Eşqimə, ruhuma həmahəng ola.
Ustad aşığaÜrəklər bu gün də əzizlər onu,Nəğməli dillərin Ələsgəridir.
MaralSəni xəstə görüb gələndən bəri,Mənim də xəyalım xəstədir, Maral.