Sözlərim mirvari dənələritəkGüllərin boynuna düzüləcəksə,Dərdli misralarım göz yaşı kimi,Yanaqdan-yanağa süzüləcəksə,Əlvida demərəm bu dünyaya mən.

Mənim gedişimə dözə bilməyib,Bir ağac ağlasa, bir daş ağlasa,Dil verib sevdiyim bayatılara,Bacı ağı deyib, qardaş ağlasa,Əlvida demərəm bu dünyaya mən.

Bir əldə saz tutdu, bir əldə qələm,Ruhunu eşq ilə çaldı desələr,Ulu sevgisiylə, məhəbbətiylə,Ətrilə, rəngilə, təravətiylə,Ürəkdə, yaddaşda qaldı desələr,Əlvida demərəm bu dünyaya mən.

Dağda şəlalə tək, daşda xına tək,Qayada mamırtək qalası olsam,Bu dağın, qayanın, daşın ruhundaİkinci ömürtək qalası olsam,Elə başdaşımla, məzarımla daBu yurdun, bu elin balası olsam,Əlvida demərəm bu dünyaya mən.

2002, 6 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq