Aşıq Ələsgərə
Könlümdə yaşadıb könül varımı,Sazımı eşqinlə çalmışam, ustad.Aylarla oxuyub qoşmalarını,İllərlə xəyala dalmışam, ustad.
Bağlanıb varlığım qıfılbəndinə,Tilsimdi, sehrindən qaça bilmirəm.Bağlama demisən, bircə bəndinə,Bir ömür qoymuşam, aça bilmirəm.
Ürəyin yanğısı tellərə düşüb,Cinas ilmələnib, təcnis toxunub.Yazıya düşməmiş dillərə düşüb,Ellərin dilində əzbər oxunub.
Sən elə qatmısan balı qaymağa,Dadan ləzzətindən doymur, ay ustad!Sözün şöhrətini elə, oymağa,Hamı sənin kimi yaymır, ay ustad!
Baxdım yaratdığın misraya, bəndə,Nə memar işidir, nə zərgər dedim.Dilim söz tutanda, ağlım kəsəndə,Ələsgər çağırdım, Ələsgər dedim!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-asiq-elesgere
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaxt olur, ox kimi çıxır yayından,Vaxt olur, yay kimi qırılır insan.
Mənim ölümüm də gözəl olacaqKiminsə başına vaxtsız yağsa qar,Ruhum oda dönər, buza çevrilər.
Təkcə bələyini gətirmir gələnHər insan özüylə dünya gətirir,Dünyaya özünü gətirir gəlir.
Bəlkə, qocalıq da qar rəngindədirTəbiət pay böldü fəsillərinə,Çiçək yaza düşdü, qar qışa düşdü.