Təkcə bələyini gətirmir gələn
Hər insan özüylə dünya gətirir,Dünyaya özünü gətirir gəlir.Çiynində yükünü, başda ağlını,Dilində sözünü gətirir gəlir.
Uca sarayı yox, qara damı yox,Yanan çırağı yox, yanan şamı yox.İnsansız həyatın duzu, tamı yox,Hər kəs öz duzunu gətirir gəlir.
Görüşür doğulan, ayrılır ölən,Yasdadı ağlayan, toydadı gülən.Təkcə bələyini gətirmir gələn,Kəfənlik bezini gətirir gəlir.
2001, 8 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-tekce-beleyini-getirmir-gelen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Hicran ağla dedi, vüsal gül dediDənizsahilində dayanmışam tək,Ani tənhalıqdan sıxıldı ürək.
Abdulla Canızadə Aşıq ValehəEy Səfi, şahi-Nəcəf evi sənə məskən ikən,Niyə ol ruzəni tərk etdin əgər adəm idin.