Nə vaxt səni görürəm –Arısı, kəpənəyi,Çiçəklərlə öpüşənGöy çəməni görürəm.

Nə vaxt səni görürəm –Ətri dünyanı tutan,Qızılgülü, nərgizi,Yasəməni görürəm.

Nə vaxt səni görürəm –Qəlbimdə misralanıb,Sətir-sətir olursan.Ruhumda, varlığımda,Allahın yaratdığıƏn xoş ətir olursan.

Nə vaxt səni görürəm –Ömür üçün ayrılan,Yüz ilə az deyirəm.Dərin dənizlərə də,Eşqimizin yanında,Baxıb, dayaz deyirəm.

Nə vaxt səni görürəm –Qaynar baxışlarında,Hər dənizi, dalğanı,Hər adanı görürəm.Dərk edirəm Allahı,Yaratdığına baxıb,Yaradanı görürəm.2001, 22 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar