Zəlimxan Yaqub

Dünya bülbüllü bir bağdır,Sən ötməsən, mən ötmərəm.Bu sehrdən, bu sevdadanSən getməsən, mən getmərəm.

Aşıq Kamandar

Bu dünya bir güllü bağdır,Sən açmasan, mən açmaram.Öz ətrini bənövşətəkSən saçmasan, mən saçmaram.

Zəlimxan Yaqub

Biz bir eşqin butasıyıq,Gülü gülə tutasıyıq.Bir çəməndə bitəsiyik,Sən bitməsən, mən bitmərəm.

Aşıq Kamandar

Hikmət var, hikmət doludur,Ulusdan, eldən uludur.Mənim yolum haqq yoludur,Sən çaşmasan, mən çaşmaram.

Zəlimxan Yaqub

Qalalar var, yapan mənəm,Qayalar var, çapan mənəm.Səni məndə tapan mənəm,Sən itməsən, mən itmərəm.

Aşıq Kamandar

Halallıq axsa qanından,Od törəyər od canından.Həqiqətin meydanındanSən qaçmasan, mən qaçmaram.

Zəlimxan Yaqub

Tər çiçək ollam yazına,Gümüş tel ollam sazına.Zəlimxanam, murazınaSən yetməsən, mən yetmərəm.

Aşıq Kamandar

Kamandaram həvəsində,Yurd-yuvam var nəfəsində.Ariflərin məclisindəSən coşmasan, mən coşmaram!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar