Qız balamın çiçək kimiqız balası,Yağım-balım, qəndim-çayım,Aysu bala!Körpələrin cərgəsindədördüncüsən,Nəvələrdən dörddü sayım,Aysu bala!Nəvə kimi şirin nə varbu dünyada,Atam-anam, əmim-dayım,Aysu bala!Çiçəklənən arzularıntər qönçəsi,Bar gətirən yazım-yayım,Aysu bala!Aysu – Günay – iki Ay varbir ocaqda,İlahidən gələn payım,Aysu bala!Yer üzünə gələn gününmübarəkdir,Ad günündür ən xoş ayım,Aysu bala!Yerim-göyüm, məhəbbətimsənə qurban,Yerdə suyum, göydə Ayım,Aysu bala!

2007, 21 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri