Yusifim, Zəlimxanım
Hara gedirəm gedim,harda oluram olum,Gəlib sizdə birləşirizim, cığırım, yolum.Keçmişim, gələcəyim,Bəyim, xaqanım, xanım, –Yusifim, Zəlimxanım!
Dilimdə bayatıdı,dodağımda oxşama,Mən sizdən oxuyuramhey səhərdən axşama.Qana damardan yaxınyer üzündə heç nə yox,Damarda axan qanım, –Yusifim, Zəlimxanım!
Layladan həzin səsim,Baldan şirin həyatım,Məndən sonra dünyadadavam edən həyatım.Ruhumun genişliyi,Qəlbim, ciyərim, qanım, –Yusifim, Zəlimxanım!
Biri atamın adı,biri də öz adımdı,Sabaha uçmaq üçünqolumdu, qanadımdı.Açılan xoş sabahım,sökülən qızıl danım,Yusifim, Zəlimxanım!2008, 18 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yusifim-zelimxanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qulaq asın haqdan gələn səslərə,Qulaq olun, ey Allahı sevənlər.
Gözümə az dəyir qarapapaqlarHər dəfə şəhərdən kəndə dönəndə,Üzür ürəyimi bir nigaranlıq.
Şair süfrəsiBu süfrəyə uzanan əllərimdə ləkə yox,Bu süfrənin üstündə haram adlı tikə yox.
Çəkə-çəkəŞəvə saçımızı qara döndərir,İllər başımıza əl çəkə-çəkə.