Şəvə saçımızı qara döndərir,İllər başımıza əl çəkə-çəkə.Nurlu baxışları salır nəzərdən,Tale gözümüzə mil çəkə-çəkə.

Bəxtimiz qalxanda şölə saçmışıq,Bəxtimiz yatanda gözdən qaçmışıq.Nə qədər nadana ağız açmışıq,Boğaz çəkə-çəkə, dil çəkə-çəkə.

Düşdü yoxsulları borca dünyanın,Alçağı çox oldu uca dünyanın.Qocalıb gedirik, qoca dünyanınDərdini, qəmini bol çəkə-çəkə.

Timsahlar gözünün yaşını sıxdı,Yalanlar dünyanın sonuna çıxdı.Satqınlar bu xalqın evini yıxdı,Saxta kağızlara qol çəkə-çəkə.

Dağ da möhtac olur, düz də yollara,Cığır da can atır, iz də yollara.Yollar bizə baxır, biz də yollara,Qalırıq gözləri yol çəkə-çəkə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale