Bu gecə yuxuma girmişdi Şuşa
Bu gecə yuxuma girmişdi Şuşa,Cabbar ağlayırdı, Xan ağlayırdı.Dönmüşdü qanadı qırılmış quşa,Qarabağ başabaş qan ağlayırdı.
Uzadıb əlini Bakıya sarı,Batdıqca günaha batıb, – deyirdi.Vətən xainləri, yurd satqınları,Satın Qarabağı, satın, – deyirdi.
Canında od vardı, istilənirdi,Şuşanın dağları çəkirdi ahı.Seyidin qəlyanı tüstülənirdi,Zülfü oxuyurdu “Yetim segahı”.
Bu gecə yuxuma girmişdi Şuşa,Pənah xan qəzəbdən tir-tir əsirdi.Şuşanı satanlar verib baş-başa,Şəhərin üstündə qiymət kəsirdi.
Od tutub yanırdı Vaqifin goru,Natəvan ah çəkib ağı deyirdi.Usta toxunmuşdu hiylənin toru,Hələ ki, sözünü yağı deyirdi.
Vidadi Qazaxda qalxıb məzardan,Gəlirdi Vaqifin qəbrinə sarı.Qurtarın! – deyirdi milləti dardan,Qurtarın! – deyirdi bu torpaqları.
Gözündə yaş gördüm, yanağında nəm,Cıdır düzündəki “Xarı bülbül”ün.Dərdin sinəsində dağlandı sinəm,Didərgin olmuşdu yarı bülbülün.
Ocaq yerlərində qaralırdı kül,İsa bulağından qan fışqırırdı.Susmuşdu Üzeyir, susmuşdu Bülbül,Düşmən, mənəm deyib boğaz cırırdı.
Bu gecə yuxuma girmişdi Şuşa,Cabbar ağlayırdı, Xan ağlayırdı.Dönmüşdü qanadı qırılmış quşa,Qarabağ başabaş qan ağlayırdı...
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-gece-yuxuma-girmisdi-susa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dedilər Bakıdan qonağın gəlir,Söz gəzdi dodaqdan-dodağa, Təbriz.
Şəhriyar qəzəliHaqdan ilham alanların meyvə sözü, bar qəzəli,Yazdırır haqq aşiqinə ismət ilə ar qəzəli.
TəcnisŞair dərdi nə dilbilməz olurmuş,Necə deyim, divar, anla; divar, qan.
Xatirəyə dönəcəksənXatirəyə dönmək üçünölmək hələ bəs eyləmir.
Başqa şairlərin şeirləri · Vətən
Sən vətəndən sarı qəlbin döyünürsə, maralım!Vətənin də maralından sarı qəlbi döyünür.
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.
Gecə-gündüz çıraq əldə... gəzib bulmam da bir həmdəmGecə-gündüz çıraq əldə... gəzib bulmam da bir həmdəm,Hanı həmdərd, bir həmsöhbət... qırıq bir tarə möhtacam.
Arazın ölümdən olmaz hürküsüArazın ölümdən olmaz hürküsü,Həyat hörgüsüdür onun hörgüsü.