Nə dəniz dərindi, nə çay dərindi,Gözdən bircə damla axan yaş qədər.Vətənin ən yüngül bir çöpünü dəİtirmək ağırdı bu dağ, daş qədər.

Yeri də, göyü də qucsun qanadlar,Ruhu diri saxla, ölməyə qoyma.Bizim payımızı çox böldü yadlar,Daha bir çöpü də bölməyə qoyma.

Qoru bu torpağı, qurbanın olum,Od kimi, qor kimi, köz kimi qoru.Qoru Yaradandan yadigar qalan,Allahın verdiyi söz kimi qoru.

2007, 5 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən