Ömrümüz
Çopur, boz tikanlar diddi, dağıtdı,İpək ömrümüzü, tül ömrümüzü.Gül kimi yaşamaq istəsək də biz,Qanqallar daladı gül ömrümüzü.
Xırdalar əlində irilər öldü,“Ölülər” içində dirilər öldü.Hürülər saraldı, pərilər öldü,Yedi qarışqalar fil ömrümüzü.
Ömrə qiymət kəsib, mərc eylədilər,Borc verib, borc alıb, borc eylədilər.Dəyərə-dəyməzə xərc eylədilər,Para ömrümüzü, pul ömrümüzü.
Baş aça bilmədik vaxtdan, zamandan,Göz aça bilmədik çəndən, dumandan.Günah palçıq kimi yapışdı candan,Durulda bilmədik lil ömrümüzü.
Şeytan düşmənimiz, hiylə torumuz,Çatladı qəbrimiz, yandı gorumuz.Keçdi ocağımız, söndü qorumuz,Küləklər apardı kül ömrümüzü.
2007, 7 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-omrumuz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Günəş nə vaxt doğur? – Üzün güləndə,– Dan nə vaxt sökülür? – Sözün güləndə.
Hakim ol, dilimə güllələnmə kəsSənə sözüm dəydi, dilim toxundu,Dilim sənin olsun, doğra, kəs, gözəl.
GözəldiBir gözəldə min gözəllik cəmlənib,Duruşu da, ədası da gözəldi.
Səni sevmək üçün gəldim dünyayaÇöldə çiçək oldum, çəməndə naxış,Şimşəkdə od oldum, buludda yağış.
Başqa şairlərin şeirləri · Ölüm
دلت بگرفت در خانه برون آ تا جهان بینی
Bilüme müşg saçunı şehâ kemerlenüremBilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem
Nə qəm, əgər çıxa canım qəmi-fəraqınlaNə qəm, əgər çıxa canım qəmi-fəraqınla,Əgər məzarımı bassan gəlib ayağınla.
OlubdurBu dünya mülkündə, qədim zamanda,Neçə-neçə nahaq qanlar olubdur.