Gözəldi
Bir gözəldə min gözəllik cəmlənib,Duruşu da, ədası da gözəldi.Sularında üzüb gedən qəvvasam,Dalğası da, adası da gözəldi.
Özü nurdan, sözü haqdan gəlibdi,Şahımızdı, enib taxtdan gəlibdi,Qulaqlara səsi çoxdan gəlibdi,Bizə çatan sədası da gözəldi.
Göy üzündə durnaları saxladıb,Yer üzündə qayaları laxladıb,Zəlimxanın anasını ağladıb,Mənə gələn qadası da gözəldi.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gozeldi-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İranlılar
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşairəsiVazeh:*Şəbxpuş olmuş qədin ruxsari-atəşgunilə,
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun