Səni sevmək üçün gəldim dünyaya
Çöldə çiçək oldum, çəməndə naxış,Şimşəkdə od oldum, buludda yağış.Sirli bir göz gördüm, nurlu bir baxış,Çevrildim çeşməyə, qarışdım çaya,Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,Min ildən sonra da ölə bilərdim.Zamanı başqa cür hesablayardım,Vaxtı başqa cürə bölə bilərdim.Düşüb sən doğulan həftəyə, aya,Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,Şaqraq gülüşündən güc, həvəs aldım.Sən nəfəsim oldun, mən nəfəs aldım,Muştuluq verdilər Günəşə, Aya,Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,Qorudum, sünbülü dənə gətirdim.Könlümdə nə varsa, sənə gətirdim,Mənim yollarımı kəsə bilmədiNə sərhəd, nə dəmir, nə daş, nə qaya,Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,Məcnuna, Fərhada qanad da mənəm.Ölüm də, sevgi də, həyat da mənəm,Şükür Yaradanın verdiyi paya,Səni sevmək üçün gəldim dünyaya.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-seni-sevmek-ucun-geldim-dunyaya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən Allah, qırağa çıxmasın bu söz,Bu sirri bir sən bil, bir də mən bilim.
Görək kim çıxacaq yaza bu qışdanGözüm su içmədi gəlhagəlindən,Çəkdim dönə-dönə cəza bu qışdan.
Uzaq gəzməO dənizdən mənə bircə damla ver,Mən damlanı bir dənizə çevirim.
GedirəmHər səhər qaçıramsevincin dalınca,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Təbiət canlanır, bahar çağıdır,Bağçalar, yamaclar çiçəklənmədə.
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
Nədən yarandınSən qüdrətin aşıb-daşan vaxtındaMələklərin gülüşündən yarandın.
Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər təkƏzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.