Nədən yarandın
Sən qüdrətin aşıb-daşan vaxtındaMələklərin gülüşündən yarandın.Səhər dilli bir fırçanın əliləAhuların duruşundan yarandın.Ay işığı... Gözəlliyin, qızlığınÇiçəklərlə öpüşündən yarandın.Sərinlətdin baxışınla könlümü,Buludların uçuşundan yarandın...Qələm əldə ilhamını dinlərkənSən qəlbimin vuruşundan yarandın.
Kitabxana.az · https://kitabxana.az/works/cavad-neden-yarandin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Surətpərəstəm
Bir şeir qoşmuşam dillərdə gəzir,Uçub oba-oba ellərdə gəzir.
ŞeirimŞerim sınıq bir türk sazı, ağladaraq tellərini,Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!
ŞeriməEy çürük ruhumda doğan nəşidə,Bən səni çox sevdim doğduğun gündə.
Şəhid şeirƏsirim, umdum ki, Xızrım gəlecək,Çıxdım ki, yollara edəm sorağın!