O dənizdən mənə bircə damla ver,Mən damlanı bir dənizə çevirim.Sovqat bilib göndərdiyin sevgini,Ürəyimdə saza, sözə çevirim.

Quşa dönüm, sünbülündən dən alım,Dənizim ol, sahilinə yan alım.O gözlərin qadasını mən alım,Baxışları oda-közə çevirim.

Ərit məni, damla-damla əri, gəl,Gəl ömrümün sərvəti, gəl, zəri, gəl.Uzaq gəzmə, o dağlardan bəri gəl,Səni görüm, dağı düzə çevirim.

2007, 25 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar