Çəmənlə, çiçəklə, çayla görüşdüm,Biri gəz, biri dər, biri çim dedi.Dağlar dilə gəldi, biz görüşməsəkYüz çölü yandırar, bir içim, dedi.

Qaynadı, qarışdı aranım, dağım,Dolaşdı düzləri səsim, sorağım.Laləni öpəndə yandı dodağım,Sərniyim, sulardan bir içim, dedi.

Nə dumanı gördüm, nə çənə düşdüm,Yaşamaq eşqinə düşdüm, nə düşdüm.Qaynar bulaqların sehrinə düşdüm,Nemətdi bir qurtum, bir içim, dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar