Bölgü Allahındı
Ağlaya-ağlaya güldük dünyaya,Gördük göz dağından göz yaşınacan.Bölgü Allahındı, bəndəlik nə var?Hər kəs ömür sürər öz yaşınacan.
Hər addım başında qorxu ilişər,Baxtına taleyin çarxı ilişər.Otuzdan keçsə də, qırxı ilişərKimdi gedib çıxan yüz yaşınacan.
Ayrılıq kəmfürsət, Əzrayıl yağı,Matəm say qaranı, bayram say ağı.Yaşa öz ömrünü bayramsayağıKəfən yaşınacan, bez yaşınacan.
2000, 9 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bolgu-allahindi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mərsiyə
نه بیرویت جدا گردد غم از من
Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşüMənim əzizlərim, sizə hardan xəbər verim, Azərbaycanın Şəmkir mahalından.Şəmkir mahalında kimdən, Şəmkirli Aşıq Hüseyndən.
Vəqta ki, qopur bir evdə matəmVəqta ki, qopur bir evdə matəm,Təşkil edilir büsati-ehsan,
Oğluma nəsihət (Cəfər, ey xəstə cismimin canı)Cəfər, ey xəstə cismimin cani,Səd ya nəhs olan günü tani.