Bu çiçəyin qədrini bil,Solub getsə, gec olacaq.Qara yellər ağ gülləri,Yolub getsə, gec olacaq.

Öp bu çiçəyin gözünü,De bu çəmənin sözünü.Qoru bulağın gözünü,Dolub getsə, gec olacaq.

Haqqı bir bil, biri saxla,Ocağa dön, piri saxla.Zəlimxanı diri saxla,Ölüb-getsə, gec olacaq

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar