Şairin ömrü
Fikri beyinlərə, eşqi gözlərə,Sözü ürəklərə axan sənətkar.Qəlbini, hissini xalqa bağlayıb,Böyük gələcəyə baxan sənətkar.Səadət uğrunda, Vətən yolundaCanını odlara yaxan sənətkar.Yağılar önündə, düşmən başındaŞimşəklərə dönüb çaxan sənətkar.Öz sənət mülkündə hələlik təksən,Böyüyübsən, yenə böyüyəcəksən!
Sarayda keçsə də ömrünün çoxu,Yoxsulun adını andın, a şair!Söylədin: “Kor kimi qalmasın insan”,Onun həsrətiylə yandın, a şair!Qacarla döyüşdün pəncə-pəncəyə,Özünü pəhləvan sandın, a şair!Dedin: Ölərəm ki, təslim olmaram,Dönmədin yolundan andın, a şair!Ölüm ayağında qorxu bilmədin,Dağlar baş əyərdi, sən əyilmədin!
Şairim! Aləmi dolandı sözün,Oymaq-oymaq gəzdi, ellərə düşdü.Odlu ürəyindən qopan nəğmələrSədəflər qoynunda tellərə düşdü.Yaşılbaş sonalar səni görəndə,Qıy vurdu, çalxandı göllərə düşdü.Eldarda yaranan o səs, o qüvvətSənin nərən idi, çöllərə düşdü.
Sazını Vətənin eşqiylə çaldın,İlhamı, vüqarı torpaqdan aldın.
Sən bir Günəşsən ki, daim yanarsan,Coşar, alovların sönməz dünyada.Sən bir nəğməsən ki, min illər keçərVarlığın heçliyə dönməz dünyada.Sən bir fəzasan ki, dağlar alçalar,Tufanlar qarşında dinməz dünyada.Sən bir fəzasan ki, aylı-ulduzlu,Xəyalın göylərdən enməz dünyada!Bulanmaz bulaqsan, nadir incisən,Azəri yurdunun şah sevincisən!
Sən mənim xalqımın uzaqgörəni,Gələcəyə baxan gözüsən, Vaqif!Odlar diyarının odu-alovu,Yanar ürəyisən, közüsən, Vaqif!Dünənin, bu günün, həm də sabahınƏn böyük söhbəti, sözüsən, Vaqif!O dağ duruşunda vətən görürəm,Sən elə Vətənin özüsən, Vaqif!Adınla fəxr edib, öyünür sənət,Alqış hünərinə, ölməz məhəbbət!
Qeyd: Şeir 1968-ci il noyabrın 23-dəM.P.Vaqifin yubileyi münasibəti ilə yazılmışdır.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sairin-omru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göz yaşımdan zaman-zaman üzüm nəm çəkdi, nəm çəkdi,Başım daşdan-daşa dəydi, ürək qəm çəkdi, qəm çəkdi.
QaldıQarlı bir qış günündətufan qopdu, nə qopdu,
Onun ruhuna söykənSəni yasdan çıxardaq, anam Azərbaycanım,Sil gözlərin yaşını, qaralara bürünmə, gəl!
Bu torpaqAdına dedilər odlar torpağı,Saldı şöhrətini dilə bu torpaq.
Başqa şairlərin şeirləri · Vətən
Aşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
İşıq mənbəyiQaranlıqdır vətənin hər bucağı,Sönmüş ata-babamızın ocağı.
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.