Vaqif
Məzardan dur, cövlan eylə, açılıbdır yaz, ey Vaqif!Sən coşa gəl bülbül kimi, gözəl çəksin naz, ey Vaqif!Könül coşsun, ruh oynasın, xəyal yeldən qanad taxsın,Çal! Bir də çal, dilə düşsün sinəndəki saz, ey Vaqif!Gərək təbiət verəydi sənə yüz insan ömrünü,Bircə ömür eşqin üçün az deyilmi, az, ey Vaqif!Odlu şair xəyalından küsər bugünkü gözəllər,Qələm götür, ilhama gəl, onlar üçün yaz, ey Vaqif!Deyir-gülür, bayramıdır Azərbaycan torpağının,Bu günləri gözünlə gör, gəl eylə pərvaz, ey Vaqif!
1968, 29 noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-vaqif
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
“Əhd eləmişəm, vətənə qayıdanda torpağı öpəcəyəm”*(Fəxrəddinin qürbətdən yazdığı məktubundan)*
Mən Məhsətiyəm, hüsnümə yox tay, ortaqOlmuş mənə heyran o Xorasanla İraq.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Xaki-payinə o mahın dün səhərdən düşmüşəmXaki-payinə o mahın dün səhərdən düşmüşəm,Zərrə mehr etməz mənə, guya nəzərdən düşmüşəm.