Danışsın
Poeziya məclislərinin birində uzun-uzadı, mənasız, mətləbsizçıxışlar, söhbətlər gedirdi. Məclisi təravətli sonluqla bitirmək üçünMikayıl Mirzənin çıxışını axıra saxlamışdılar. Dözə bilmədim,elə oradaca bu sətirlər dilə, qələmə gəldi.
Sözü sahibinə, yiyəsinə ver,Qoyma hər danışan hərzə danışsın.Zili qaydasında, bəmi yerində,Danışır, Mikayıl Mirzə danışsın.
Dərmanı kimdədi üzülən canın?Günahı kimdədi tökülən qanın?Başı nələr çəkdi Azərbaycanın, —Cahana söyləsin, ərzə danışsın.
Sağalsın millətə vurulan yara,Çəksin kəmfürsəti boğazdan dara,Gur səsi yetişsin kar qulaqlara,Salsın ürəklərə lərzə, danışsın.
Dilində gəncliyin, sabahın sözü,Sözün silahı var, silahın sözü.Allahlıq eyləsin Allahın sözü,Çevrilsin şeşpərə, gürzə danışsın.
2004, noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-danissin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uca Tanrımın mənə verdiyi fürsət və möhlət sayə sində*taleyim üzümə güldü. Yaşımın 60-cı ilini yaxala dığım bir vaxt -*
GətirməHər dilinə gələnisən qələmə gətirmə,
Diri-ölüDiri ölülərdən bir xahişim var,Ölmüş dirilərə toxunmasınlar.
Acal-macalUlu Tanrım, yaşamağabir az möhlət, macal ver,