Qız, səni Allah qorusun
Söz də dəyər, göz də dəyər,Qız, səni Allah qorusun.Gec də dəyər, tez də dəyər,Qız, səni Allah qorusun.
Yanaqların zərisənmi,Şehisənmi, tərisənmi,Hurisənmi, pərisənmi,Qız, səni Allah qorusun.
Əyri yoldan, çaşqın izdən,Boz baxışdan, sürtük üzdən,Acı sözdən, yaman gözdən,Qız, səni Allah qorusun.
Yaraşığın işvəylə naz,Nəfsin bahar, nəfəsin yaz,Üzərliyin gücü çatmaz,Qız, səni Allah qorusun.
Sındırmasın dolu camı,Söndürməsin yanan şamı,Qəbul eyləsin duamı,Qız, səni Allah qorusun.
Baxışların nuru yanmaz,Odu sönər, qoru yanmaz,Bəndə səni qoruyammaz,Qız, səni Allah qorusun.
Damar döyür, qan nə çəkir,Qəlb alışır, can nə çəkir,Gör bir Zəlimxan nə çəkir,Qız, səni Allah qorusun.
Hacı Bəktaş dərgahında,Türkiyə
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qiz-seni-allah-qorusun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir məclisdə qızlarımıza “Çin qızı, Çin gözəli” şeirini oxuyurdum.*Nəsibə adlı gözəl bir qız şeiri axıra qədər dinləmədən küsüb*
Qocatəpə camesindəQocatəpə camesi... namaz cümə namazı,Tanrı ibadətində qırx min adam var, azı.
Ağlı yoxduSaz dillənir, köz-köz olub yanıram,Gözü yoxdu bu sehrə göz yumanın.
Yaşıl tağ üstündə yaşıl yarpaq olYanıma gələndə yaşıl gey, gözəl,Qarşıma yamyaşıl çəmən kimi gəl.
Başqa şairlərin şeirləri
Bir rəngi yox, göylərin min rəngini sevirəmBir gülü yox, güllərin çələngini sevirəm.
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
GəlmədiOğrun yollara baxmaqdan,Bağrım qan oldu, gəlmədi.