Yanıma gələndə yaşıl gey, gözəl,Qarşıma yamyaşıl çəmən kimi gəl.Yaşılbaş sonalar yaşıl göllərdəÇalxanan kimi gəl, çimən kimi gəl.

Mavi dura-dura, göy dura-dura,Sən Allah, geyinmə qara köynəyi.Ömrün baharında qara geyənin,Qara gün gətirər yara, köynəyi.

Yaşıl tağ üstündə yaşıl yarpaq ol,Seçim ağdan səni, qaradan səni.Saralmaq payızın nişanəsidir,Yamyaşıl saxlasın Yaradan səni.

1998, 8 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar