Gözəllik dəlisi
Bu an, bu saat, bu gün zaman məndə yerləşir,Əvvəlin axırıyam, axırın əvvəli, heeeyl!Allah özü göndərib bu yerləri görməyə,Başımın üstündədir Yaradanım əli, heeey!
Günəş olub doğmuşam, bulud olub yağmışam,Cahana sığmasam da, gözəlliyə sığmışam.Gördüklərim nə varsa gözlərimə yığmışam,Qəlbimə toplamışam sərvəti heeey, ləli, heeeyl!
Gözüm hər addımbaşı gözəlliyə tuş oldu,Xəyalım əsən külək, fikrim uçan quş oldu,Burda Zəlimxan adlı bir şair bihuş oldu,Dəli mənəml Dəli mənl Dəli mənəml Dəli, heeey!
2004, 6 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gozellik-delisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Naz edir bülbülə gül bir belə – mənası nədir?Bülbülün bəs gülü sevməkdə təmənnası nədir?
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
GörmədimBivəfanın,müxənnəsin, nakəsin,Doğru sözün, düz ilqarın görmədim.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd