Ruhumun təbiətləyaman tutur söhbəti,Hara uçub qonursa,can deyib, can eşidir.Səsi eşidilməyənqarışqa səsini dəÜrəkdə tellər duyur,damarda qan eşidir.

Bu böcək, bu kəpənək,bu qarışqa, bu arı,Kövrək duyğularımınyaxın sirdaşı, yarı.Gecələr dodağımdagəzən pıçıltılarıQaranlıq əzbər bilir,sökülən dan eşidir.

Azaldır ağrısınıqovğalar çəkən başın,Təbiətdi məlhəmiağlın, huşun, yaddaşın.Ruhum hopur canınadağın, qayanın, daşın,Bir Zəlimxan can deyir,min Zəlimxan eşidir.

2004, oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri