Gözə baxdım, gözəlliyə can dedim,Heyf, o da gözdə, qaşda dayanmaz.Günlərimiz axıb gedər çay kimi,Selə dönər, dağda, daşda dayanmaz.

Yaz açılar, çiçək bitər, gül gələr,Fəsillərin səcdəsinə el gələr.Ay dolanar, il üstünə il gələr,İnsan ömrü bircə yaşda dayanmaz.

Ay Zəlimxan, bağlar töksə xəzəli,Yaddan çıxmaz eşqin ilki, əzəli.Dindirəndə könül sevən gözəli,Ruh bədəndə, ağıl başda dayanmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq