Dodaqdəyməz təcnis
Aylar-illər həsrətini çəkərsən,Hicran keçər, yetişərsən yara sən.Tez yetirsən, çiçəklənər həyatın,Gec yetirsən, alacaqsan yara sən.
Yaxşı keçsin yazın, qışın, yayın, gəz,Yaxşı anla ləzzətini yayın, gəz.Xainlərin nəzərindən yayın, gəz,Aralı keç, qara yeldi yar, əsən.
Yaxın getsən ayaq altı qazana,Salar səni hər an qaynar qazana.Dərd anlaya, yaxşılığı qazana,Can eşidə, can deyəsən yara sən.
1972, 13 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dodaqdeymez-tecnis-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zaman anama məktub yazardım,Bir zaman atama məktub yazardım.
Varağa köçməmiş min yazı qaldıDünyanın yolları çaşbaş, dolaşıq,Kim narazı qaldı, kim razı qaldı.
GetməOra cəhənnəmdi, qaynar cəhənnəm,Basma ayağını ah-zar yerinə.
Dərman da çoxalır dərd çoxalandaDərman da çoxalırdərd çoxalanda,
Başqa şairlərin şeirləri · Hicran
مژده ای بخت که شد عمر به سر هجران را
تا جهاندار، جهاندار جهان خواهد بوددل ما عاشق آن سرو روان خواهد بود
İnqilab yurduDedilər hər sabah, hər axşam yenəBaxırsan yollara həsrətli gözlə...
Yavaş-yavaşDəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.