Göyə baxmır ulduz görə,Yerə baxmır çiçək görə.Dönüb xalqa baxırmı ki,Gözü bir ağsaqqal seçə,Ya da bir ağbirçək görə,Düz gəlib, düz gedən adam.

Duruş saxta, görüş saxta,Yeriyir, saxta yeriyir.Təkəbbürü beş-on addımOndan qabaqda yeriyir.Elə bil ki, adam deyil,Adamların arasındaSıyrılmış taxta yeriyirDüz gəlib, düz gedən adam.

Tökülən yaşa biganə,Atılan daşa biganə.Ağrı bilməz, acı bilməz,Qardaş bilməz, bacı bilməzDüz gəlib, düz gedən adam.

Əldən tutmaz, ələ gəlməz,Əli ancaq cibindədi.Sanki, qəlbi sinədə yox,Quyuların dibindədi.Bütün dünya təbdən çıxa,Yenə də öz təbindədiDüz gəlib, düz gedən adam.

Nə könlündə bir şairinKönül açan şeiri qaldı.Nə gözündə bir rəssamınGözoxşayan seyri qaldı.Zahirdə düz yerisə də,İçəridən əyri qaldıDüz gəlib, düz gedən adam.

2002, 23 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri