Ələsgər
Sinəmdə ürəyim daşa dönməyə,Ey mənim könlümün maralı, qoyma.Sənsiz xəzəl düşər ömür bağçama,Eşqimin yolunu qar aldı, qoyma!
Belinə od düşsə başı yandırar,Üzümü gözümün yaşı yandırar.Həsrətim alışar, daşı yandırar,Ürəyi ürəkdən aralı qoyma!
Təbibsən, əlacım yalnız səndədi,Sənsiz onu bil ki, can kəfəndədi.Məhəbbət əhlidi, sevən bəndədi,Yaşat aşiqini, yaralı qoyma!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-elesger
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
گر به دست آوریم دامن دوست
همه او را شویم و خود همه اوست
Qönçə kimi min dərdə könül doldu cəfandanQönçə kimi min dərdə könül doldu cəfandan,Ömr ötdü, xəbər yox niyə bəs əhdü vəfandan?
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Ver bir xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.