Əyilməz
Öz eşqi var hər ucalan zirvənin,Dağa təpə deyilməz ki, deyilməz.Şimşəklərin pəncəsində didilməz,Sel ağzında yeyilməz ki, yeyilməz.
Diri var ki, tez bükəsən ağlara,Ölü var ki, dayaq olub sağlara,Qarğaları qaldırasan dağlara,Qartal kimi öyülməz ki, öyülməz.
Hər ucalıq bir alçağa dərd olar,Üzdə gülər, ürəyində pərt olar.Ömrü boyu mətin olar, mərd olar,Sərt qayalar əyilməz ki, əyilməz!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-eyilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əcəb yüzin görən necə qılar tab
Əcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
Bir məktuba cavabMəsləkin hikmətin qəvaidinə, –Ey bəradər, bütün mənafidir.
Necə olduYeri bəyim düşdümü Kor yadına,Mən dəlini tutan günlər necə oldu
Ustad Səməd ilə aşıq Valehin 3-cü deyişməsiAşıq SəmədFikrin-zikrin gəzir uca göyləri,