Sevda adlı yola çıxdım,Məni qana tuş eylədi.Qanadına güllə dəymiş,Bir yaralı quş eylədi.

Ağrı gəldi, yaman gəldi,Gözlərimə duman gəldi.Bir qarışıq zaman gəldi,Gör nə zalım iş eylədi.

Öldürdü, elə bilmədim,Bu sirri bilə bilmədim.Mən dərdə gülə bilmədim,Dərd məni bihuş eylədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri