Fərhad külüngünün xatası yoxdu
Çörək nə lazımdı, su nə gərəkdi,Hər gün öz içini yeyən adama.Libas axtarmayın, paltar gəzməyin,Dərdi paltar kimi geyən adama.
Kimiyə gül verir, çiçək göstərir,Kimiyə od vurur, şimşək göstərir.Zaman addımbaşı dirsək göstərir,Dizini yoxuşlar döyən adama.
Arxası, anası, atası yoxdu,Gülləri saralıb, butası yoxdu.Fərhad külüngünün xatası yoxdu,Başı daşdan-daşa dəyən adama.
2007, 13 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ferhad-kulungunun-xatasi-yoxdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Yoldan iraq bir yerdə, meşələrin qoynunda,Su başında qurulmuş, səhər atlas çadırlar.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
ZülfünHər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,