Nənəm torba tikərdi,Qurudulmuş otlarıDoldurardı torbayaqışa ehtiyat üçün.Görülən hər ehtiyatlazımdı həyat üçün.Bu gün soğan doğrayıriştahına, aşına,Torba tikir çoxlarıbir-birinin başına.Nənəmin torbasındankəklikotu, əvəlik,nanə, reyhan çıxardı.Bugünkü torbalardanşeytan çıxır, cin çıxır.Nənəmin torbasındanbin-bərəkət çıxardı,Bugünkü torbalardannifrət çıxır, kin çıxır.Nənəm corab hörərdiQışda ayağımızıisti saxlamaq üçün.Bu gün corab hörürlərBaşa keçirmək üçün,başda yoxlamaq üçün.Axır ki, bu dünyanınyaman çıxıb xarabı,Hardasan, hayandasan,Ay anamın torbası,ay nənəmin corabı?2007, 14 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri