Öz dilində dinməyən,öz içinə enməyən,Soyadını tanımaz,adını bilməz, bilməz.Kişi belindən gəlib,ana südü əmməyən,Kişini dərk eyləməz,qadını bilməz, bilməz.

Keçmişini unutmazkök üçün yanan nəsil,Yenər hər cür nahaqqı,haqqını qanan nəsil.Öz kökündən üzülüb,özünü danan nəsilDoğmasını anlamaz,yadını bilməz, bilməz.

İlahi tərəfindənsaat kimi qurular,Sevənlər addımbaşıduyğulanar, durular.Min bir dəfə vurulandönər, bir də vurular,Dadmayan bu dünyanındadını bilməz, bilməz.

2007, 16 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri