Gedəsiyəm mən
Qol açıb qoynuna çağırır məni,Bağlıyam torpağa, heyranam suya.İstərəm gecəni gündüzə qatıb,Tapşıram ömrümü hissə, duyğuya.
Uçam üfüqlərdə, üzəm sularda,Hər yerə, hər yurda yeriyəm gələm.Qar olub döşlərdə sellərə dönəm,Düzlərin qoynuna əriyəm gələm.
Bir əsrin dizini yerə qoysa da,Kim istər həyatdan çəksin gözünü.Ürək istəməzmi coşsun, qaynasın,Dodaq istəməzmi desin sözünü.
Dünən babamındı, sabah nəvəmin,Bu günün öz vaxtı, vədəsiyəm mən.Dünyaya ürəyi dolu gəlmişəm,Qəlbimi boşaldıb gedəsiyəm mən.
1976, 25 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gedesiyem-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
Gecə göç əzmi ilə ayrılanda ŞirvandanTəəssüf eylədi qəlbim, ciyər alovlandı,
Yurd deyib ağlamaYurd deyib ağlama, gözünə qurban!Orda nə yurd qalıb, nə ocaq daşı.
Təraneyi-milliÇirağı-müzlimi-ümmid işıqlanmazmı, yanmazmı?Siyəhru bəxtimiz ğədrü cəfasından utanmazmı?