Qaldı
Dağdan ayrılmağım dağ oldu mənə,Gözlərim çatılan qaşında qaldı.Baxışım üzündən heç çəkilmədi,Düşdü qayasında, daşında qaldı.
Əmanət tapşırdım hər addımbaşı,Qartala zirvəni, kəkliyə daşı.Kövrəldim, töküldü gözümün yaşı,Qarışdı, bulağın yaşında qaldı.
Verdim öz ömrümü ötən hər ana,Gah bürküyə düşdüm, gah da borana.İlin köç vədəsi endim arana,Ürəyim dağların başında qaldı.
1976, 26 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qaldi-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə bahar gəlib, torpağa bahar,Mənimsə qəlbimdə bir göynərti var.
Hüseyn Arif məclisiBakıda “Səda” deyilən mədəniyyət evində unudul-*maz xalq şairimiz Hüseyn Arifin xatirəsinə həsr*
Hüseyn Arif sağ olaydıCanımdan bir ağrı keçdi,Hüseyn Arif sağ olaydı.
Muğannadan gələn səsZəng çalındı. Dəstəyi götürdüm. Min illərin arxa -*sından gələn qədim bir səs eşitdim. Səs onun səsi idi.*
Başqa şairlərin şeirləri
Saldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Əfqanın cavabıBizdən salam olsun, o Mirzə canaDastan tək olmağın mənası necə?
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,