Apardı
Gedişin tükətdi bərəkətimi,Sanki yellər gəldi, sellər apardı.Ayaz şillə çəkdi yanaqlarıma,Qazdı, torpağımı bellər apardı.
Olsam da dünyanın sərti, mətini,Nə bilim hardadı işin çətini.Bizim eşqimizin səadətiniFitnələr taladı, fellər apardı.
Bilmədim çoxunu, azını eşqin,Çəkdim ömrüm boyu nazını eşqin.O qədər çaldım ki, sazını eşqin,Əlimi sim yedi, tellər apardı.
1976, 30 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-apardi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bulud zülflü, ay qabaqlı gözəlin,Duruban başma dolanmaq gərək.
QurdTülküdən hiyləgər olan bir ovçu,Bir qurdu öldürüb, mükafat aldı.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Könlüm xoş olur ol büti-zibayə baxandaKönlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.