Ağır yarasını çətin illərin,Sarğılar qorudu, bağlar saxladı.Sahilin sahilə sədaqətiniKörpülər yaşatdı, tağlar saxladı.

Döyündü ürəklər, düşündü başlar,Qar-boran olanda çatıldı qaşlar.Qartalı qayalar, kəkliyi daşlar,İyidi qoynunda dağlar saxladı.

Zərgərin əlindən işıq aldı zər,Gözlərdə od yandı, alınlarda tər.Torpağa yük oldu qəlbi çürüklər,Həyatı çiynində sağlar saxladı.

1976, 11 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri